Emil Şahin yeni əsərini “Eurovision-2012” müsabiqəsinə təqdim edəcək

Emil Şahin yeni əsərini “Eurovision-2012” müsabiqəsinə təqdim edəcək

Tanınmış bəstəkar Emil Şahinin gözəl bəstələri olması sirr deyil. O, 2009-cu ildə \"Eurovision\" müsabiqəsinin mahnı seçim turuna \"Fallow my way\" mahnısı ilə müraciət etmişdi. Bəs 2012-ci ildə ev sahibi olacağımız \"Eurovision\" müsabiqəsinə necə, qatılmaq fikri varmı? SİA-nın bu sualına cavab verən bəstəkar bu sözləri dedi: "İlk olaraq, ürəkdən Eldar və Nigarı təbrik edirəm. Bu, nəinki onların, ümumilikdə Azərbaycanın qalibiyyətidir. Uğurları bol olsun! Bəli, 2012-ci ildə "Eurovision" müsabiqəsinin mahnı seçim turuna qatılacağam. Yaradıcılıq işlərimdə müəyyən qədər fasilələrin və rəhbərlik etdiyim prodakşnda bəzi işlərin olmasına baxmayaraq, düşünürəm ki, artıq çalışmağın zamanıdır. Mahnı seçim turuna qatılmaq imkanım var və qatılacağam.


Oxucular məni düzgün anlasınlar. Belə ki, məni tanıyanlar işimdə məsuliyyətli olmağımı bilirlər. Söhbət mahnının aranjemanından, istifadə olunacaq canlı musiqi alətlərindən və mahnının keyfiyyətli olması üçün başqa amillərdən gedir.


Çünki keyfiyyətli mahnının hazırlanması üçün az müddət sərf olunmayacaq. Çalışacağam ki, vaxtdan səmərəli istifadə edim və nəticədə yüksək keyfiyyətli işlə meydana çıxım. İnşallah, bir aydan sonra mahnının seçilməsinə, hazırlanmasına, məşqlərinə başlayacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB