“Şipşirin” Elçin: “Mən nə qohumum olan qızla, nə də sənətçi ilə ailə həyatı quracağam”

“Şipşirin” Elçin: “Mən nə qohumum olan qızla, nə də sənətçi ilə ailə həyatı quracağam”

Yerli şou-biznesin subay nümayəndələrinin ən fəal üzvlərindən biri də \"Şipşirin\" ləqəbi ilə tanıdığımız Elçindir. SİA-ya açıqlama verən müğənninin sözlərinə görə, o, evlənmək barədə düşünmür: "Ətrafımda qız dostlarım çoxdur. Hələ ki, heç biri ilə ailə quracaq dərəcədə isti münasibət yaratmamışam. Mənim üçün qadının daxili gözəlliyidir. Buna önəm verirəm və ailə quranda da bu kriteriyanı əsas tutmağa çalışacağam\".

Digər həmkarlarından fərqli olaraq müğənni qohumla nikaha daxil olmaq barədə düşünmür: "Mən nə qohumum olan qızla, nə də sənətçi ilə ailə həyatı quracağam. Seçdiyim qızı ailəm tanımalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə