Azərbaycanı "Eurovision-2010"da təmsil edən Səfurə Əlizadə yerli şou-biznesdən yan gəzən müğənnilər sırasındadır. Bəs, görəsən, özünə qapanan ifaçı sirrini kiminlə bölüşür. SİA-ya açıqlama verən müğənni bu suala belə cavab verdi: " Sirrimi ən çox atamla bölüşürəm. Ona hər şeyi danışa bilirəm - kimdən, hansı oğlandan xoşum gəlir. Papa məni başa düşür. O, mənim ən böyük dostumdur. Valideynlərim mənə inanırlar. Bəlkə elə buna görə onlar məni xarici ölkəyə rahatlıqla yola salırlar. Əgər mən onlara qarşı soyuq davranıb nələrisə gizlətsəydim, inamlarını qazana bilməzdim. Onlar bilirlər ki, mənim pis hərəkətim yoxdur".
Atasına xoşu gəldiyi oğlanlardan danışan Səfurə bizi bu haqda agah etmədi: "Düzünü desəm, hazırda həqiqi mənada elə bir adam yoxdur. Olsa, niyə gizlədim ki?! Mən buna çox normal baxıram. Mən heç zaman gizlətmərəm. Olsa, mütləq deyəcəyəm. Ancaq gizlədənlərə də yaxşı baxmıram. İnsanların gözündən pərdə asmağa dəyməz. Yaxşısı budur, düzünü de, heç kim də sənin dalınca danışmasın. Sevgilin olanda nə olar ki?"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB