Təranə Muradova: “Amma hazırda problem demək olar ki, aradan götürülüb”-AÇIQLAMA

Təranə Muradova: “Amma hazırda problem demək olar ki, aradan götürülüb”-AÇIQLAMA

Azərbaycanlı rəqqasə Təranə Muradova ictimai fəaliyyətindən söz açdı. Uzun zamandır gözə dəyməyən rəqqasə SİA-ya açıqlamasında bu sözləri dedi: "Azərbaycan-Avstriya cəmiyyətinin sədriyəm. Bu yaxınlarda Avstriyada böhranla bağlı sponsorlarla müəyyən problemlərimiz oldu. Amma hazırda problem demək olar ki, aradan götürülüb. Hər zaman xəstə uşaqları diqqətimizdə saxlayırıq. Tez-tez çalışırıq ki, taun sindromu, QİÇS-lə bağlı aksiyalar keçirib, yeniyetmələri maarifləndirək. Həmin uşaqlar üçün rəqslər qururam. Xeyriyyə tədbirləri keçiririk. Ümumiyyətlə, kim mənə müraciət edirsə, sevə-sevə ona kömək edirəm.


Təşkilatçılıq işlərini çox yaxşı bacardığım üçün mənə tez-tez müraciət olunur. Bu yaxınlarda, Gürcüstanın tanınmış sənətçisi, yaxın dostum Tamara Qverdtsiteli Bakıya gəlmişdi. Onun Bakıda konsertinin təşkil olunmasına kömək etdim və çox möhtəşəm konsert proqramı ilə Azərbaycan tamaşaçısı qarşısında çıxış etdi. Tamara xanım Bakı haqqında, Müslüm Maqomayevin repertuarından mahnılar oxuyanda tamaşaçılar heyrətlənmişdi. Onunla birgə müxtəlif xeyriyyə tədbirləri hazırlayırıq, yaxın günlərdə ictimaiyyətə təqdim edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə