Xumar Qədimova: “Biz insanların arasında istədiyimiz qədər sərbəst ola bilmirik”
Tanınmış müğənni Xumar Qədimova Türkiyənin İstanbul şəhərinə yola düşməyə hazırlaşır. Müğənni Bosfor sahilində konsert verməyi düşünür. Səfər çərçivəsində ilk konsertini İstanbulda verəcək müğənni daha sonra Türkiyənin başqa şəhərlərinə də getməyi planlaşdırır. Səfər yayın son həftələrinə təsadüf edəcək. Bu barədə SİA-ya müğənni özü məlumat verib: "Konsertlərin daha çox kurort şəhərlərində keçirilməsi planlaşdırılır. Türkiyə konsertindən 4 ilə yaxın zaman keçib. O zamandan bəri təşəkkür mesajları alıram, eyni zamanda növbəti konsert proqramını gözlədiklərini bildirən kütlə də var\".
Sənətçi deyir ki, Türkiyənin bir çox konsert təşkilatçısı
onunla əlaqə yaradır. Öz qərarını bir şirkət üzərində dayandırıb və konsertin
məşqlərinə başlayıb. Sənətçi repertuarına türk mahnıları da daxil etdiyini
bildirib.
Müğənni Türkiyədə çıxış edərkən səfərini həm də istirahət məqsədi
ilə dəyərləndirəcək, kurort şəhərlərinin birində bir neçə günlük dincəlib yorğunluğunu çıxaracaq. O, bu imkanın burada məhdud olduğunu deyib: \"Ona görə
ki, biz insanların arasında istədiyimiz qədər sərbəst ola bilmirik. Amma
Türkiyədə məni hamı tanımır. Orada yaxşı istirahət edə biləcəyimə əminəm\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB