Azərbaycanın əməkdar artisti Eyyub Yaqubov “amerikanski oğlan” tapacaq

Azərbaycanın əməkdar artisti Eyyub Yaqubov yenidən \"blotnoy\" mahnı ifa edəcək. SİA-ya açıqlamasında müğənni bu istəyini belə ifadə etdi: "Mən bakılıyam, uşaqlıqdan kafe-restoranlarda oxunan oynaq, bayağı nəğmə adlandırılan mahnılara qulaq asırdım. Bu janr o vaxtdan çox ürəyimə yatırdı. Bəstəkar Elçin İmanov təzə mahnılar yaratdı, mən də bu stildə Azərbaycan və rus dillərində oxudum. Belə mahnılar el arasında \"blotnoy\" mahnılar adlanır".

Söhbət zamanı müğənni söylədi ki, bir müddət əvvəl bu stildən bir qədər uzaqlaşmışdı. İndi isə yenidən onu gündəmə gətirmək niyyətindədir: "Hazırda Elçin İmanovla birgə bir neçə yeni mahnı üzərində işləyirik. Mahnının adı belədir: "Nə ondandır, nə bundan - amerikanski oğlan". Mahnıya klip çəkdirməyi də planlaşdırırıq. Məsələ burasındadır ki, yüngül hesab olunan bu mahnılarda gizlənən dərin mənanı hər kəs başa düşmür. Klipdə məhz bu mənanı açmağa çalışacağıq. Əsas hədəfimiz soy-kökünü unudaraq özünü avropalı və amerikalılara bənzətməyə çalışan gənc insanlar olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə