Nanə Ağamalıyeva: “Ailəmi qorumaq üçün min bir əzaba belə qatlanmağa hazıram” - AÇIQLAMA
Yerli teleməkanın ən məşhur aparıcılarından biri Nanə Ağamalıyeva şəxsi həyatından danışdı. SİA-ya açıqlama verən aparıcının sözlərinə görə, onun qapısına gələn elçilərin sayı son zamanlar yaman azalıb:"Əvvəllər gəlirdilər. Amma son vaxtlar elçiləri istəmirəm. Çünki elçilər gedəndən sonra başağrısı olur. Valideynlər, qohumlar deyirlər ki, niyə ailə qurmursan? Bütün bunları nəzərə alıb, məharətlə elə vəziyyət yaradıram ki, qapımıza elçi gəlməsin. Evlənməklə bağlı artıq söz-söhbət mənə lazım deyil". Aparıcı ailə quracağı vaxtı da açıqladı: "25 yaşımdan sonra ailə qurmaq istəmişəm. Qursam, gərək, ailəm mükəmməl olsun. Ailəmi qorumaq üçün min bir əzaba belə qatlanmağa hazıram. Sevdiyim insanı, təbii ki, qarşılıqlı sevgi olarsa, xoşbəxt edə bilərəm. Özgəsinin və bir ananın övladını bədbəxt edə bilmərəm. Çünki öz xasiyyətimə bələdəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB