Zamiq: “Amma biz bunların mənəvi dəyərlərinə diqqət yetirməliyik”-AÇIQLAMA
Azərbyacanın tanınmış müğənnisi Zamiq Hüseynov yerli şou-biznesdə yüksək göstəricilərə malik olduğunu iddia edir. SİA-ya ya açıqlama verən Zamiq iddia etdiyi göstəricilərdən söz açdı: "Həmkarlarım konsertlərinə, layihələrinə görə reytinq cədvəli tərtib edirlər. Ancaq mən başqa fikirdəyəm. Axı, konsert proqramı təşkil etməmək insanın mənəvi və maddi gücsüzlüyünü göstərən amil deyil. Məsələyə bir qədər aydın gözlə yanaşmaq lazımdır. Fikir verin, son illər bazarda mənim payıma cəmi bir neçə mahnı düşür. Bəzi insanlarda isə bu göstərici rekord həddə çatıb. Amma biz bunların mənəvi dəyərlərinə diqqət yetirməliyik. Repertuarımda yer alan \"Sən necə də gözəlsən\" ilə mən yaşlı nəslin də qəlbinə yol tapdım. Bu gün bu mahnı ilə məni minlərlə tamaşaçı dinləyir. Klip də eyni marağa səbəb oldu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB