Məlumdur ki, Azərbaycan estradasının ən modern və kaprizli müğənnilərindən olan Rəhim Rəhimli ifaçılıqla və bəstəkarlıqla yanaşı, aparıcılıq da edir. Müğənni hətta ən yaxşı şoumenlər sırasına da daxildir. SİA-ya açıqlama verən müğənni aparcı həmkarlarından söz açdı: "Televiziya sahəsi elə bir məkandır ki, orada çalışmaq üçün gərək gözünü orada açasan. Mən hələ "Bənövşə" uşaq xorunun solisti olan zamandan səsimi radio üçün bəyənmişdilər. İlk dəfədir bunu deyirəm, mən Azərbaycan televiziyasında 13 yaşımdan çalışıram. Uşaq verilişlərinin aparıcısı olmuşam. O zaman radioda Qara müəllim, Sabir müəllim kimi aparıcılar var idi ki, mən onlardan öyrənmişəm, gözümü açıb onları görmüşəm. Təxminən 25 ildir mikrofonla çalışıram. Mən onda aparıcılıq dərsləri də almışdım. Aparıcı kimi fəaliyyət göstərməyə alışmışam. Sonra mənim Azad Azərbaycan Teleradio Yayım Şirkətində "Şou Rəhimli" adlı verilişim olub. Heç vaxt heç bir problem yaşamamışam. Mən "Şou Rəhimli"ni qoyub gedən də, Sadəcə olaraq mən çıxıb getmişdim və verilişi İzzət Bağırov aparmışdı. Mən qalmaqaldan qaçan insanam. Olub ki, hətta bir neçə dəfə bostanıma daş atıblar, mən sadəcə cavab verməmişəm. Kimsə nə isə deyib və mən bilmişəm ki, hazırda mənə bu məsələ ilə bağlı jurnalist zəng vurur, cavab verməmişəm. Düşünürəm ki, bu, mənə yaraşmaz. Bir dəfə bir məşhur müğənnimizə sual verirlər ki, Azərbaycan şou-biznesində ən gözəl geyinən və özünü layiqincə aparan kimlərdir? Bu şəxs demişdir ki, heç kim. Jurnalistlər də etiraz olaraq mənimlə Zamiqi nümunə kimi göstərmişdirlər. O isə cavab olaraq deyib ki, biz ona çatmırıq və o, ümumiyyətlə bizi başa düşmür. Sonra bu məsələ ilə bağlı bir çox jurnalistlər məni narahat etdilər. Mən isə o insan haqda heç nə demədim. Mənə yaraşmaz. Ona görə yaraşmaz ki, mənim adım onunla birgə çəkilər. Çünki həm də o, axı xalq artistidir və yaşca da məndən böyükdür. Sözüm ondadır ki, mən hər zaman qalmaqaldan uzaq qaçmışam. Lakin bu gün elə xalq artistləri də biri-birini təhqir edirlər. Mən isə onları qınayıram. Ayıb sayıram və o sənətçilər anında gözümdən düşürlər. Artıq onları ciddi insan kimi qəbul edə bilmirəm. Bütün şou-biznes bilir ki, həyatda heç kimə zərər vuran insan deyiləm. Mənə söz atanlara da cavab vermirəm, çünki bilirəm ki, vaxt gələcək və onlar gəlib məndən üzr istəyəcəklər. Mətbuat səhifələrində haqqımda elə şeylər oxumuşam, amma heç vaxt zəng vurub deməmişəm ki, niyə bunu yazmısınız. Sadəcə "yola vermişəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB