Elton: “Mən qızlarıma mahnı oxumağı yox, başqa, daha vacib şeyləri öyrədirəm”-AÇIQLAMA

Elton: “Mən qızlarıma mahnı oxumağı yox, başqa, daha vacib şeyləri öyrədirəm”-AÇIQLAMA

Məlum məsələdir ki, bəzi bədxah insanlar məşhurların "torbasını tikmək" üçün onların övladlarına toxunurlar. Bu sıralarda xalq artisti Aygün Kazımovanı, əməkdar artist Aybəniz Haşımovanı göstərmək olar. Bəs görəsən iki qız atası olan müğənni Elton Hüseynəliyev övladlarını necə qoruyur. Müğənni SİA-nın bu sualına özünəməxsus şəkildə cavab verdi: "Atanın övladına verdiyi ən gözəl miras – tərbiyədir. Baxmayaq ki, uşaqlarımın yaşı azdır, ancaq mən onlarla səmimi ünsiyyət qurmağa çalışıram. Onları hər şeydən agah edirəm, tərbiyə verirəm. Nəyin yaxşı, nəyin pis olduğunu başa salıram. Allah hər kəsi xoşbəxt eləsin. Amma mənim ailəmdə tamam başqa ab-hava var. Mən qızlarımı başqa cür təsəvvür edirəm. Arzu edirəm ki, bir qızım həkim, digəri müəllimə olsun".

Elton bildirib ki, o, heç qızlarının müğənni olmağını istəməz: "Onların müğənni olmalarına razı olmaram. Qəti şəkildə! Ona görə yox ki, bu gün oxuyanlara qarşı mənfi fikir formalaşıb. Qeyd edim ki, Alim Qasımovla qızının oxumağını görəndə, həsəd aparıram. Mən də arzu edərəm ki, səhər qızım mənimlə hər hansı bir proyektdə bir ağız oxusun. Bu, o demək deyil ki, qızım gəlib şou-biznes çirkabının içinə girəcək. Evdə özümüzçün oxuyar. Mən qızlarıma mahnı oxumağı yox, başqa, daha vacib şeyləri öyrədirəm. Onlar öz vətənlərini tanımalıdırlar, onun başcısını sevməlidirlər. Tərbiyədən hər şey asılıdır. Qohumlarım qızlarımdan razılıq edir. Allahıma şükür edirəm ki, mənə belə övladlar verib. Bu gün qızım telefonumu alıb, başlayır şəkillərə baxmağa. Əlindən alıb, başa salıram ki, indi olmaz! Məktəbə gedər, alaram. Yoxsa, uşaq bunu istədi, alım, bunu belə edim, yox! Bəs mən bu gün niyə əziyyət çəkirəm? Çünki ömrümü qızlarıma həsr etmişəm. Mən Aygün xanımın qızının görüntülərini görəndə çox pis oldum. İstədim zəng vurub deyəm ki, nə olursa olsun, onu yığışdırmaq lazımdır. Sonra fikirləşdim ki, pis qəbul edər, yığmadım. Ancaq ürəyimdə yandım ona. Çünki çox adam qınadı. Dedilər "əşi, özü səhnədə açıq-saçıq olub. Qızı da ona oxşayacaq da". Amma mən bu fikirlər razı deyiləm. Çünki nə qədər də olmasa, övladdır. Özü də qız uşağıdır. Üstəlik Azərbaycanın xalq artistinin övladı. Mən o uşağı qınamıram. Qınayıram onu o yerə qədər buraxanı, aparanı, ora getməyə icazə verəni. O videodakı uşaqlara, üzr istəyirəm ifadəmə görə, "pasanlara" da ayıb olsun. Baxın, bir görüntü getdi, neçə nəfər pis oldu. İndi fikirləşin ki, bizim nə qədər heç kəsin görmədiyi günahlarımız var. Biz bu gün özümüzü kameradan, diktafondan qoruyuruq. Ancaq unuduruq ki, çiyinlərimizdə iki Mələk əyləşib. Yazır əməllərimizi. Allah bizi görür axı. Allahın bir adı da var - Eyib örtən. O, bizim eyiblərimizi örtür".

Bütün xəbərlər Facebook səhifəmizdə