Əməkdar artist: “Sənətə görə evdən qaçanlara, ailəsini dağıdanlara pis baxıram”-AÇIQLAMA

Əməkdar artist: “Sənətə görə evdən qaçanlara, ailəsini dağıdanlara pis baxıram”-AÇIQLAMA

Azərbaycanın əməkdar artisti, müğənni Baloğlan Əşrəfov yerli şou-biznesdən söz açdı. SİA-ya açıqlama verən sənətçinin sözlərinə görə, o, şou-biznes sahəsini tanımır: "Mən xalqın xidmətində özümü görürəm, şou-biznes mənlik deyil, yoxam, heç olmaram da. "Evdən qaçmışam, ərimdən boşanmışam" - bu söz şou-biznesdə tarix boyu işlədilən sözdür. Kimi çıxır deyir: "yaxşı səsim var idi, qoymadılar oxuyum, mən də qaçdım və ya ərim qoymurdu, boşandım". Bilirsiniz, istedadlı şəxs harada olur-olsun, istedadı varsa, şansı varsa, oxuyacaq. Sənətə görə evdən qaçanlara, ailəsini dağıdanlara pis baxıram. Mən heç vaxt ailəmi incəsənətə qurban vermərəm. Ailə müqəddəsdir".


Əməkdar artist yaşlı müğənnilərdən də danışdı: "Yaşlı müğənnilər həm sənəti, həm də dünya təcrübəsi ilə indiki gənc müğənnilərdən seçilir. Neynirlər şou-biznesi onlar? Yaşlı müğənnilər abır-həyalarını qoruyurlar ki, indiki gənclərə baş qoşmasınlar. Sizə bildirim ki, şou-biznesdə mənəm-mənəm deyənləri aparasan rayon yerində palatka toyuna, yarım saat gör canlı oxuya biləcək, yoxsa yox".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB