Aygün Bəylər: “Bu, düşmənlərimizə aid olan söhbətdir”- AÇIQLAMA

Aygün Bəylər: “Bu, düşmənlərimizə aid olan söhbətdir”- AÇIQLAMA

Azərbaycanın əməkdar artisti Aygün Bəylər musiqi mədəniyyətimizdən söz açdı. SİA-ya danışan müğənni bu sahəyə zərər gətirən şəxslərdən danışdı: "Bu, düşmənlərimizə aid olan söhbətdir. Əsas odur ki, bütün dünya onları tanıyır. Azərbaycan musiqi sənətində fəaliyyət göstərən görkəmli şəxslər musiqi mədəniyyətini dünyada təbliğ edirlər. Düşmənlər həyatı boyu musiqimizi nə təbliğ, nə də təmsil edə bilərlər.

2005-ci ildən 2010-cu ilə qədər Azərbaycanın Xalq rəssamı Tahir Salahovun qızı Alagöz Salahova ilə bir çox ölkələrə turnemiz oldu. Turne çərçivəsində festivallarda iştirak etdik. Əsas məqsədimiz də Azərbaycan mədəniyyətini dünyada layiqincə təmsil və təbliğ etmək idi. 2011-ci ildə isə "Eurovision" mahnı müsabiqəsində Azərabaycanın birinci olması buna camlı nümunə oldu".

Bütün xəbərlər Facebook səhifəmizdə