Hüsniyyə Məhərrəmova hansı həmkarı ilə veriliş aparmaq istəyir?

Hüsniyyə Məhərrəmova hansı həmkarı ilə veriliş aparmaq istəyir?

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) məşhur aparıcılarından biri Hüsniyyə Məhərrəmova yerli həmkarlarının sevdiyi və sevmədiyi xüsusiyyətlərdən söz açdı. SİA-ya açıqlama verən Hüsniyyənin sözlərinə görə, aparıcı özünü reklam etməz: "Sevdiyim xüsusiyyətlər barədə gərək oturum fikirləşim. Sevmədiyim xüsusiyyət, deyərdim ki, özünü reklam etməkdir. Məndə elə xüsusiyyət yoxdur. Bəziləri verilişlərinə məşhur müğənniləri dəvət edirlərsə, elə zənn edirlər ki, məşhurdurlar. Ancaq bu, heç də belə deyil. Elə bilirlər ki, veriliş də nömrə birdir, özləri də".

Aparıcı həmçinin bəyəndiyi həmkarlarının adını da çəkdi: "Bunu bir neçə dəfə demişəm. İlham Qasımovla bir veriliş aparmaq istərdim. İctimai telviziyanın ən yaxşı aparıcıları ilə veriliş aparmışam. Səhnəni bölüşmədiyim aparıcılardan İctimai televiziyadan yaxşı tanıdığınız Fuad Axundovdur".

Bütün xəbərlər Facebook səhifəmizdə