Bu gün “Aygünlü gecə”dir

Bu gün Azərbaycanın xalq artisti Aygün Kazımova və reper ABD Malik Novxanıda yerləşən \"Aqua Park\" istirahət mərkəzində birgə \"BOOM\" adlı konsert proqramı ilə çıxış edəcəklər. SİA-nın məlumatına görə, tamaşaçılar bu gün bir neçə sürprizin şahidi olacaqlar. Məsələ burasındadır ki, xalq artisti səhnəni iki tanınmış xarici dj - türkiyəli Özgür Elçi və rusiyalı dj Matreski ilə bölüşəcək.

\"Aygünlü gecə\"nin aparıcılığı Space TV-nin tanınmış teleaparıcısı Lətafət Ələkbərovaya həvalə olunacaq. Tamaşaçılara möhtəşəm və unudulmaz bir gecə nümayış olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə