Roza Zərgərlidən Samira üçün Ramazan hədiyyəsi - FOTOSESSİYA

Roza Zərgərlidən Samira üçün Ramazan hədiyyəsi - FOTOSESSİYA

Azərbaycanın tanınmış iki müğənnisi Roza Zərgərli və Samira Allahverdiyeva iş birliyinə imza atıblar. SİA-ya açıqlama verən Roza xanımın sözlərinə görə, o Samira üçün klip çəkəcək. Məlum olduğu kimi Rozanın rejissorluq məharəti də var. Elə bu istadadını o, həmkarı üçün sərf edəcək: "Məşhur müğənnimiz Samiranın "Həzrəti Məhəmməd" mahnısının klip çəklişlərinə başlayırıq. Bildiyiniz kimi klipin rejissoru mənəm, Allahın köməkliyi ilə yaxşı alınar. Bizə işimizdə uğurlar arzu edin. Buna ehtiyacımız var".

Vurğulamaq yerənə düşər ki, ixtisasca rejissor olan Roza klipi Samiraya hədiyyə edib. Müğənnin klipi \"Məhəmməd Peyğəmbərə (s.ə.s) həsr olunmuş \"Həzrəti Məhəmməd\" mahnısının sözləri Sevinc Şirinə, musiqisi Cəmilə aiddir.

Məlumat üçün bildirək ki, 11 ayın sultanı olan müqəddəs Ramazan ayının başlamasına az qalıb. Bu günlərdə Oruc tutub ibadət edəcək insanlar islam dinində fəzilət rəmzi hesab edilən bu ayın gözəlliklərindən ən yüksək şəkildə yararlanmağa çalışacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə