Azərbaycan teleməkanının ən cazibədar aparıcılarından olan Zemfira Adigözəlova hazırda bütün yaradıcı kollektivi məzuniyytədə olan "Qızıl pillə" verilişindən söz açdı. SİA-ya açıqlama verən aparıcının sözlərinə görə, bəzi mügənnilər onun verilişinə çıxmaqdan çəkinirlər: \""Qızıl pillə"ni izləyənlər onun nə formatda veriliş olduğunu bilir. Hər bir mövzuya toxunuram. Bütün mövzulara toxunduğum kimi 2 dəfə də seksi və cazibədar ulduzlar mövzusu olub. Bu, o demək deyil ki, bütün verilişlərdə yalnız seksdən danışacağam. Bu mövzudan utanıb, danışmayanlar var. Ancaq, bu verilişin 3-cü hissəsini də gözləyənlər az deyil. Hələ inciyənlər də var idi ki, deyirlər, Məni niyə cəkmədiniz? Məni cazibədar hesab etmirsiz? Birdə ki, biz bir az fərqli, daha çox məsləhət xarakterli, maarifləndirici veriliş hazırlamışdıq. Təbii ki, bütün bunlar çərçivə içində baş verirdi. Heç kim deyə bilməz ki, Zemfira çərçivəni qırıb. Milli mentalitetimizə xələl gətirəcək, ifadələr işlətməmişəm, açıq-saçıq söhbətlər etməmişəm. Əslində, bu səs-küyün səbəbini də anlamıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB