Sevda Yahyayevanın çörəyin qiymətindən xəbəri varmı?

Sevda Yahyayevanın çörəyin qiymətindən xəbəri varmı?

Azərbaycanın tanınmış müğənnisi Sevda Yahyayeva ulduzluq həyatı yaşasa da, bütün məişət məsələlərindən xəbəri var. Müğənni yaradıcılıq işlərindən vaxt tapıb alış-verişə də gedir. Ailəsindən ayrı, Bakıda tək yaşayan Sevda digər həmkarlarından fərqli olaraq qida almaq üçün dükana da gedir: "Mən çörəyin qiymətini də bilirəm, 30-40 qəpiyə var. Razıyam, bəzi həmkarlarım çörəyin qiymətini belə bilmirlər. Mən isə elə deyiləm, hamısını bilirəm. Dükana gedib, evimə lazım olan bütün ərzaqlarımı alıram. İnsanlarla isti münasibət qurmaq mənim üçün çox önəmlidir. Özündən razı olmaq mənlik deyil. Məni də bu səviyyəyə adi insanlar gətirib. Mən onlara qarşı hörmətsizlik edə bilmərəm. Həyatda ən gözəl hal insanının sadəliyidir. Təbii ki, bizim sənətin insanları digər peşə sahiblərindən fərqlənir, ancaq ulduz olmaq mənə yaddır. Tamaşaçılar səni qaldırdıqları kimi, bir anın içərisində yerə də vura bilərlər. Buna görə də həmişə onlarla sadə olmağa çalışmışam".

Bütün xəbərlər Facebook səhifəmizdə