Azərbaycanın tanınmış
oriyental rəqqasəsi Aytən bəzi xasiyyətlərindən söz açdı. SİA-ya açıqlama verən
Aytənin sözlərinə görə, onun xislətində bir az həyasızlıq var: "Bəli, lazım
olanda, həyasız da
ola bilərəm, çünki hər hansı bir verilişdə özümü müdafiə etməliyəm. Davalarım da
hər zaman sənətimin üstündə olub. Çox
əsəbiləşirəm. Çünki hər hansı bir rəqqasə gedib müğənni olandan sonra bu sənət haqnda xoşagəlməz ifadələr səsləndirir. Belə çıxır
ki, oriental oynayanlara pis baxılır, ancaq o biri sənətə yaxşı? Amma fikir vermirsinizsə, mən yolumu
sona qədər davam etdirirəm. Hər bir kəsin hünəri deyil ki, bu işi sona qədər
aparsın".
Rəqqasə həmçinin qardaş ölkə olan Türkiyədən də söz açdı: "Şükürlər
olsun ki, tək Azərbaycanda deyil, bir çox ölkələrdə tanınıram. Türkiyədə elə
tanınmış konsertlərdə oynamışam, lakin həmin konsertin disklərini gətirib
Bakıda nümayiş etdirmirəm. Çünki belə şeyləri xoşlamıram. Nəinki bunu, həm də
evimdə çəkilişin olmasını xoşlamıram. Məni tanıyanlar bilir ki, necə birisiyəm.
Suriyada və Türkiyədə o qədər CD-lərim çıxıb. Əgər həmin CD-lərə görə kimsə
məni toya çağıracaqsa, heç lazım deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB