Murad Arif: “O, lap heyran oldu”

Azərbaycanın ən qlamur bəstəkarlarından olan Murad Afir yeni və xitə çevriləcək əsərini təqdim edir. Muradın SİA-ya verdiyi məlumata görə, o, əməkdar artist Sevda Ələkbərzadəyə "Dünya" adlı mahnını verib. Bəstəkarın sözlərinə görə, Sevda xanım mahnıya lap heyran olub.

Murad mahnının caz-rok janrında yazıldığını bildirib: "Mahnını bəstələyərkən onu yalnız Sevda Ələkbərzadənin ifasında görə bildim. Orada milli kalorit yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə