İlham Kərimli yeni rəqslər hazırlayıb

İlham Kərimli yeni rəqslər hazırlayıb

Dünya xalqları rəqslərinin mahir ifaçısı İlham Kərimli yeni rəqslər hazırlayıb. Rəqqas SİA-ya açıqlamasında rəqslərdən birinin simfonik, digərinin isə fars musiqisi olduğunu bildirdi.

\"Çağırış\" adlanan rəqsin musiqisi görkəmli bəstəkar Oqtay Zülfüqarovdur. Rəqsə baletmeystr Fərhad Vəliyev quruluş verib. İkinci rəqs fars musiqisinə hazırlanıb. Bu rəqsin quruluşunu İlham Kərimli özü verib. Bu yaxınlarda öz məktəbini yaradan peşəkar rəqqas rəqsləri rəhbərlik etdiyi \"İlham\" rəqs ansamblı ilə birlikdə səhnələşdirib.

Daha bir neçə rəqs üzərində işləyən peşəkar rəqqas İlham Kərimli yeni rəqslərini tələbələrinə də öyrətmək fikrindədir: \"Bir neçə rəqsin quruluşu üzərində işləyirəm. Tələbələrimə milli və dünya xalqlarının rəqsləri ilə yanaşı özümün quruluş verdiyim, hazırladığım rəqsləri də öyrədirəm. İstəyirəm ki, rəqs sənəti Azərbaycanda peşəkar səviyyədə qalsın. Bizə qədər bir çox peşəkar rəqqaslarımız olub və yenə də var. Amma son zamanlar qondarma rəqqasların, rəqqasələrin meydana gəlməsi məni narahat edir. Bu insanlar rəqsin incəliklərinə xələl gətirirlər.\"

Bütün xəbərlər Facebook səhifəmizdə