Faiq Ağayev kiçik adaşına sərt cavab verdi - QALMAQAL

Faiq Ağayev kiçik adaşına sərt cavab verdi - QALMAQAL

Yeni peyda olmuş müğənnilərin əzəl gündən bir adəti olub - sənətdə sözünü deyən sənətçilərin vasitəsi ilə özlərinə reklam qazanmaq. Elə bu "ənənədən" geri qalmamağı gənc və heç mahnısını belə eşitmədiyimiz 22 yaşlı Faiq Ağayev etdi. Day.az saytına açıqlamısanda "Erol" ləqəbli Faiq bildirib ki, o, heç vaxt xalq artisti Faiq Ağayev olmaq istəməz. Gənc Faiq əlavə edib ki, o, \"Cənab Qızıl Şlyaqer\"in adını və soyadını daşıdığı üçün dostları ona gülür. Elə bu səbəbdən o, özünə "Erol" ləqəbini götürüb.

Məsələdən xəbər tutan xalq artisti Faiq Ağayev SİA-ya açıqlama verdi. Məsələnin üstündən özünə məxsus şəkildə keçən F.Ağayev bu sözləri dedi: "Camaatı başa düşmək olmur e (gülür). İndi bu "Erol"un Facebook sosial şəbəkəsində mənə yazdığı tərif dolu məktublarını dərc edirəm, görək o, nə deyəcək".

Erol ləqəbli şəxsin Faiq Ağayevə yazdığı mesajlarını təqdim edirik:

13 aprel 2010-cu il: "Salam, işlər necədir? Yeri gəlmişkən, mənim də adım Faiq Ağayevdir. Mənim dayım Aygün Kazımovanın "Matros", Almaz Ələsgərlinin isə "Xatirələr" mahnısının sözlərinin müəllifidir".

22 aprel 2010-cu il: "Faiq, mən bütün günü sizin yanınızda olmaq istəyirəm. Sizə dəstək olmaq arzusundayam. Mən yoldan keçən biri deyiləm. Ziyalı ailənin övladıyam. Bizə bir yerdə çox maraqlı olacaq. Mən yaxşı, faydalı və maraqlı vaxt keçirməyi sevirəm. Mən sizin yanınızda olmaq istəyirəm. Söz verirəm, sizə sadiq olacağam. Mən bütün günümü sizin yanınızda keçirmək istəyirəm. Heç bir dəqiqə belə yanınızdan ayrlmaq istəmirəm".

Bu məktub isə bir neçə dəqiqə öncə Faiq Ağayevə gəlib: "Salam Faiq, necəsiniz? Mənim haqımda saytda məqalə dərc olunub. Xəbərdə yalnışlıq var. Məni oxuculara düzgün təqdim etməyiblər. Əgər nəyisə xoşunuza gəlmədisə, sizdən üzr istəyirəm".

Sonda xalq artisti bu sözləri dedi: "Başa düşürəm, insan reklam arzusundadır. Amma belə də olmaz axı\".

Bütün xəbərlər Facebook səhifəmizdə