“İncəsənət adamları da belələrinə görə sənətkar adından utanmağa başlayıblar”-AÇIQLAMA

“İncəsənət adamları da belələrinə görə sənətkar adından utanmağa başlayıblar”-AÇIQLAMA

Əməkdar artist Ədalət Şükürov şou aləmində \"maska taxan\" insanlardan söz açıb. SİA-ya açıqlama verən müğənninin sözlərinə görə, o, bəzən müğənni olduğu üçün xəcalət çəkir: "Əvvəl fəxr edirdin ki, sən müğənnisən. Təəssüf ki, indi xəcalət çəkirsən. Ona görə ki, indi şou-biznesdə, səhnədə olan insanların bir çoxu bu sənətin adına xələl gətirirlər. İnsanlarda elə bir təsəvvür yaranıb ki, əgər səhnədə olan xanımdırsa, deməli, o da o birilər kimidir, ya də elə səhnədə kişi müğənnisi oxuyursa, demək o da o birilərin tayıdır. Açıq deyim ki, indiki zəmanədə mən və bir çox həmkarım bu sənətdə olduğumuz üçün bəzən xəcalət çəkirik. Bəzi müğənnilər bu sənətə hörməti ucuzlaşdırıblar. Bir çox incəsənət adamları da belələrinə görə sənətkar adından utanmağa başlayıblar. Bir də ki, \"maskalılar\" bu gün bütün sahələrdə var. Elə siz jurnalistlər arasında da, həkimlərin içində, məktəbdə oxuyan şagirdlər arasında da \"maskalar\"dan istifadə olunur. Onlardan asılı olmur bu \"maskalar\"ı taxmaq. Çünki onları həyat, mühit məcbur edir ki, \"maska\" taxsınlar, dəyişsinlər..

Bütün xəbərlər Facebook səhifəmizdə