Azərbaycanın əməkdar artisti, müğənni Baloğlan Əşrəfov xəyanətdən danışıb. SİA-ya açıqlama verən sənətçinin sözlərinə görə, xəyanət günahdır: "Xəyanət təbii ki, günahdır. Elə hərəkət etmək lazımdır ki, ailəyə problem olmasın. Mənim xasiyyətimə zidd şeydir. Ümumiyyətlə insan üçün ən dəyərli varlıq onun ailəsidir. İnsanın ailəsi də, canı da, əqidəsi də həmişə sağlam olmalıdır. Xəyanəti açıq və gizli şəkildə edənlərin öz işləridir. Mən heç kimin əvəzinə danışa bilmərəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB