Dünya şöhrətli ulduz Emmi Vaynhausun dəfn mərasimi bu gün baş tutacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 27 yaşında ölən dünyaca məşhur müğənninin dəfn mərasiminin harada və saat neçədə keçiriləcəyi gizli saxlanılıb. Başqa detallardan isə ictimaiyyətin xəbəri olmayacaq.
Yəhudi bir ailənin qızı olan Emmi adətə görə ölümündən qısa müddət sonra basdırılmalı idi. Spirtli içki və narkotik qurbanı olan müğənni daha öncə müalicə alsa da, görünür bunun heç bir faydası olmayıb. O, evində ölü halda tapılıb.
Ekspertizanın ilkin məlumatına görə, Emmi yüksək dozalı narkotik həblər qəbul etdiyi üçün keçinib. Lakin dəqiq məlumat gələn həftə müəyyən olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB