Əməkdar artist: “Mənə hər hansı savadsız, 3 not tanımayan uşağın sözü maraqlı deyil”- AÇIQLAMA

Əməkdar artist: “Mənə hər hansı savadsız, 3 not tanımayan uşağın sözü maraqlı deyil”- AÇIQLAMA

Azərbaycanın əməkdar artisti müğənni Aybəniz Haşımova yerli şou-biznesdən söz açıb. SİA-ya açıqlama verən Aybəniz xanımın sözlərinə görə, şou-biznesin sadəcə adı var: "Ümumiyyətlə, Azərbaycanda şou-biznes faktorunu görmürəm. Bizdə şou-biznesin adı var, özü yox. Şou-biznes xaricdədir. Sənətçilər milyonlarla disklərindən, albomlarından pul qazanırlar. Azərbaycanda isə... Bir müğənni ki, özü konsertinin biletini tamaşaçıya verə ki, ay aman, gəl otur, məni izlə, buna şou-biznesmi demək olar?! Yox. Disklərini çıxarıb, özləri camaata paylayırsa, bunun nəyi şou-biznes oldu, ay sənin qadan alım?! Şou-biznes odur ki, oxuduğun, hazırladığın yaradıcılıq məhsulundan pul qazanasan. Bunu isə hələ ki, heç bir müğənni edə bilməyib. Əslində, şou-biznes çox yaxşı şeydir. Onu yaratmaq lazımdır. Nə qədər ki, bir-birimizə paxıllıq edəcəyik, şou-biznes daxil olmaqla, heç bir sahədə inkişaf istədiyimiz kimi olmayacaq.


Söhbətimiz zamanı müğənni bəzi həmkarlarından da söz açdı: "Sənətkarlardan danışmaq istəyirəm. Sənətkarlar qeyd etdiyiniz işləri görməyiblər. Cəmiyyət onsuz da öz seçimini bilir. Düşünürəm ki, estradadan söhbət gedirsə, Samirə xanım buna bir nümunədir, gənclər ondan örnək götürsünlər. Bu, çox vacibdir.


Azərbaycan xalq musiqisinin ifaçıları arasında münasibət yüksək səviyyədədir. Onlar bir-birilərinə hörmət edirlər. Bu günə qədər Zeynəb Xanlarovadan, İlhamə Quliyevadan, Flora Kərimovadan hörmətsizlik görməmişəm. Həmin sənətkarlar da mənim dövrümün müasirləri idilər. Bu gün də İlhamə xanım Aynişana dəstək olur, onun hər bir uğuruna sevinir. Bu, sənətkar sözüdür. Mənə bu, maraqlıdır. Mənə hər hansı savadsız, 3 not tanımayan uşağın sözü maraqlı deyil. Düşünürəm ki, ucalmalıyıq. Ucalmaq üçün də bir-birimizi çox istəməliyik. Xainlik edib, bir-birimizin əleyhinə yalan informasiyalar yaymağa can atmamalıyıq".


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com