Rahidə Baxışova: “o insan mənə halallıq verməsə”-AÇIQLAMA

Rahidə Baxışova: “o insan mənə halallıq verməsə”-AÇIQLAMA

Azərbaycanlı müğənni Rahidə Baxşova narazı olduğu məsələlərdən söz açıb. SİA-ya açıqlama verən Rahidənin sözlərinə görə, onu həyatda qane etməyən məsələlər var: "Əlbəttə ki, həyatda gördüyüm haqsızlıqlar məni qane edə bilməz. Kimsənin haqqına girməyi sevmirəm. İnsanların xətrinə dəyirəmsə, mütləq ondan üzr istəməyi də bacarıram. Çünki o insan mənə halallıq verməsə, mənə elə gəlir ki, həm bu dünyada, həm də axirətdə ağır əzablarla qarşılaşacağam. Yaşımın az olmasına baxmayaraq mən bu həyatdan ibrət aldım. Belə olması daha yaxşıdır ki, gələcəkdə daha mübariz, əzmkar olum, çətinlikləri qətiyyətlə dəf edə bilim. Mənalı bir deyim var: kiminin əvvəli, kiminin axırı. Həyatımın acı və sarsıntısını hələ gənclik çağlarımdan yaşamışam. Övladıma həm ata, həm də ana qayğısı göstərmişəm. Onun layiqli övlad olması üçün hər fədakarlığa sinə gərmişəm. Ümid edirəm ki, uca Rəbbim bu zəhmətlərimin müqabilində mənim gələcəyimi daha gözəl, nurlu sabahla qovuşdurar, İnşallah. Gələcək həyat üçün ümidlərim çoxdur. İnsanlara olan sevgim mənə sonsuz zirvələr fəth etməyə kömək edəcək. Mən buna inanıram".

Bütün xəbərlər Facebook səhifəmizdə