Azərbaycanlı müğənni Türkiyənin “Sizinlə birlikdə” verilişində-FOTO
Gənc müğənni Roza Zərgərlinin Türkiyəyə səfəri barədə sizə məlumat vermişdik. SİA-ya açıqlama verən Rozanın sözlərinə görə, səfər çərçivəsində o, TMB (Türk Music Birliyi) kanalında yayımlanan "Sizinlə birlikdə" şou verilişdə iştirak edib. TMB-nin yayımı tək Türkiyədə yox digər ölkələrdə də keçirilir.
Verilişə dəvət alan müğənni iki mahnı ifa edib. Roza "Rəng tap" və "Qəlbdən sevən" mahnıları ilə türk tamaşaçılarının könlünü oxşayıb.
Qeyd etmək yürinə düşər ki, sözügedən kanalda müğənninin sonuncu klipi də yayımlanacaq.
Sizə verilişdə çəkilən fotoları təqdim edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB