Günay Musayeva: “Məncə Musayeva soyadının ikinci mənası qalmaqal deməkdir” - AÇIQLAMA
Azərbaycanlı model Günay Musayeva ötən il keçirilən "Best Model of Azerbaijan" qalibi oldu ki, bu il keçirilən "Best Model of the Word" müsabiqəsində Azərbaycanı təmsil etsin. Lakin son anda məlum oldu ki, Günay müsabiqəyə qatılmayacaq.
Müsabiqə ətrafında yayılan söz sözhbəti SİA-ya şərh edən Günay bu sözləri dedi: "Bu, çox dəhşətlidir. Məncə Musayeva soyadının ikinci mənası qalmaqal deməkdir. Çünki Bakıya hər gəlişimdə söz-söhbətlər yaranır və danışmaq məcburiyyətində qalıram. Əslində şəxsi işlərimlə bağlı gəlsəm də, yenidən bəzi ürək açmayan sözlər eşitdim. Təbii ki, bütün bunlara açıqlama verməkdə özüm maraqlı oldum. \"Best Model of the World\"-lə bağlı söz-söhbətlər səngimir. Sizinlə görüşməmişdən 5 dəqiqə əvvəl də də müsabiqənin prezidenti Erkan Özermanla telefon danışığımız oldu. Elə Bakıya gəldiyim andan tez-tez onunla danışıram. Azərbaycandan hansısa jurnalist ona zəng vurub və məlumat yazılıb ki, guya o, mail adresindən kimlərəsə məktublar yazıb, müsabiqəöncəsi nələrisə təsdiqləyib. Erkan bəyin başqa işi-gücü yoxdur ki, mail adresindən tanımadığı insanlarla mesajlaşsın? Konkret açıqlama istəyirsinizsə, sizə informasiya verim ki, Erkan Özerman \"Best Model\"-ın fəxri prezidenti olaraq qalsa da, yarışma bütünlüklə onun ixtiyarında deyil. Müsabiqənin təşkilini Bolqarıstanda fəaliyyət göstərən şirkətlərdən biri üzərinə götürüb. Mənə gəldikdə isə \"Best model of Azerbaijan-2010\"-da qalib olmuş oğlan finalçı Azər Atakişiyevə görə problemlərlə qarşılaşmışam. Xarici görünüşümdən bəlkə hiss edirsiniz ki, qanım qaradır, əhvalım yoxdur. Sizcə bütün bunların səbəbkarı kimdir? Əlbəttə Azərdir. Özü və anası Bolqarıstanda bir çox qurumlara müraciət edərək çox pis şəkildə şikayətlər ediblər. Erkan bəyə şər atmaqdan da çəkinməyiblər. Azər şər atır. İnanın, çox iyrənc söz-söhbətlərə aydınlıq gətirmək sıxır məni".
Günay ona dəstək olan insanların da adını çəkdi: "Türkiyənin çox populyar ulduzları, mənə
dəstək olsun deyə gələn dostlarım Serdar Ortaçla, Demet Akalınla şam edirik, bu
an Erkan bəy mənə telefonla zəng edir və haqlı yerə mənə öz iradlarını
bildirir. Sakitcə ona qulaq asıb sanki qurulmuş tələyə düşdüyümü ona izah
etməyə çalışırdım. Müğənni dostlarım sağ olsunlar, dəstək oldular ki, bəlkə
vasitəçi olub Erkan bəylə danışsınlar, aramızda problemlər yaşanmasın. Amma
onlar bilmir ki, Erkan bəy belə vəziyyətlərdə kimsəni dinləmir. O, sadəcə öz
fikri ilə hərəkət edib qərar verən insandır. Serdar Ortaç deyil, lap Riki
Martin də ondan fikrini dəyişməyi xahiş etsə, alınası iş deyil. İndi Erkan
bəylə hər şey qaydasında olsa da, çox şeylər baş verdi. Mən Sofiyaya, bu
müsabiqəyə getmək istəmirəm də. İmtina etdiyimi yazın. Azər və anasının
etdikləri, aldadılaraq Romanın dəfiləsinə çıxmağım bu addımı atmağıma səbəb
oldu. Söz-söhbətlər məni bezdirdi. Və mən \"Best Model of the World\"
finalına getmirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB