Türkiyənin tanınmış müğənnisi aparıcı ilə evlənir

Türkiyənin tanınmış müğənnisi aparıcı ilə evlənir

Türkiyənin tanınmış müğənnisi Davud Güloğlu da subayılığın daşını atır. SİA türk mətbuatına istinadən xəbər verir ki, o, məşhur aparıcı Ecə Erkənlə evlənmək qərarına gəlib. Uzun müddət əlaqələrini mediadan gizlədən gözəl aparıcı Ecə Erkən və Davud Güloğlu evlilik qərarlarını sosil paylaşma şəbəkə olan "Twitter"dən eşitdiriblər. Bu barədə xəbər tutan türk mətbuatı dərhal xəbəri yayıb. "Twitter"də nişanlanma qərarından danışan Davud Güloğluya Ecə Erkən də bu cür qarşılıq verib: "Eşq buymuş, mənə yaşatdığın sevgi üçün sənə sonsuz təşəkkür edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə