Həmyerlimiz Batumidə Azərbaycanı təmsil edəcək

Həmyerlimiz Batumidə Azərbaycanı təmsil edəcək

Azərbaycanlı müğənni Emin Həsən 7-11 sentyabr tarixində Gürcüstanın Batumi şəhərində keçiriləcək I Beynəlxalq Televiziya Musiqi Festivalında Azərbaycanı təmsil edəcək. Eminin SİA-ya verdiyi məlumata görə, dünyanın 25 ölkəsindən qatılmış iştirakçıların keçiriləcəyi festivalda münsiflər heyətinin üzvü \"Space\" telekanalının aparıcısı İdris Cəfərov olacaq.

Tədbirin partnyorları birbaşa yayımda müsabiqənin televiziya yayımını təmin edəcəklər. Azərbaycandan isə bu yayım \"Space\" kanalına məxsus olacaq. Azərbaycanı təmsil edən Emin Həsən şərtlərə uyğun olaraq 1 Azərbaycan, 1 türk mahnısı ifa etməlidir.



Bütün xəbərlər Facebook səhifəmizdə