Rəhim Rəhimli Nabrana “Şəkər” aparacaq

Rəhim Rəhimli Nabrana “Şəkər” aparacaq

Tanınmış müğənni Rəhim Rəhimli hər zaman səhnəni Röya Ayxanla bölüşsədə də bu dəfə ənənəsinə sadiq qalmadı. SİA-ya açıqlama verən Rəhimin sözlərinə görə, o, 30 iyul tarixində Nabranın "Palma" istirahət mərkəzində "Klan-a-plan" reper qrupu ilə konsert verməyi planlaşdırır.

Saat 21:00-da başlayacaq konsert səhərə kimi diskoteka ilə davam edəcək.

Müğənni həm yeni, həm də köhnə mahnılarını ifa edəcək.

Qeyd edək ki, konsertin adı Rəhimin mahnısından götürülüb- "Şəkər party". Konsertin maraqlı tərəfi bütün tamaşaçılara şəkərin paylanılması olacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə