Nüşabə Ələsgərli: “Müğənnilərimizin problemi səhnədə ifalarıdır”-AÇIQLAMA

Nüşabə Ələsgərli: “Müğənnilərimizin problemi səhnədə ifalarıdır”-AÇIQLAMA

Azərbaycanın tanınmış müğənnisi Nüşabə Ələsgərli müğənnilərin cəmiyyətdə adiləşməsindən söz açıb. SİA-ya açıqlama verən Nüşabə xanımın sözlərinə görə, müğənnilərin problemləri onların ifalarıdır: "Əgər yaradıcılıq nöqteyi-nəzərdən yanaşsaq, müğənnilərimizin problemi səhnədə ifalarıdır. Onlar oxuduqları mahnının məzmununa uyğun özlərini düzgün apara bilmirlər. Əgər müğənni lirik, şən mahnı ifa edirsə, ifa etdiyi mahnının süjet xəttinə uyğun rəqslərlə, jestlərlə səhnədə çıxışına gözəllik gətirə bilər.


Qaldı ki, müğənninin səhnədənkənar xoşagəlməz davranışına, bu, onun öz tərbiyəsidir. Onun böyüdüyü mühitdən asılıdır. Hər kəs etdiyi hərəkəti öz mədəniyyəti çərçivəsində edir. Məsələn, kimsənin etdiyi anormal hərəkəti, normal adam etməz. Normal tərbiyə alan davranışında qeyri-normal hərəkətə yol verməz.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com