Şou-biznes və mədəniyyət yazarları mükafatlandırıldı - FOTOSESSİYA
Dünən paytaxtın əyləncə mərkəzlərinin birində Azərbaycan Milli Mətbuatının yaranmasının 136-cı il dönümü ilə əlaqədar metbuat nümayəndələri, dəqiq desək şou-biznes və mədəniyyət yazarları mükafatlandırılıblar. "H.C production"nun təsis etdiyi mükafatlandırılma mərasimdə yerli şou-biznes və mədəniyyət sahəsində çalışan ən tanınmış jurnalinstlər müxtəlif naminasiyalar üzrə "Peşəkar jurnalist" mükafatına layiq görülüblər.
Onların sırasında Şahin Cavadsoy, Feleks Vişnevetskiy, Ülkər Qasımova, Yeganə Rzaxanova, Lalə Yusifqızı, Türkan Məmmədli, Zülfiyyə Qurbanova, Tahirə, Ayəndə Dadaşova, Mətanət Şamilqızı, Nəzakət, Aysər Həsənli və aparıcı Zaur Nəbioğlu da var idi.
Bir çox müğənnilərin iştirakı ilə baş tutan mərasimin aparıcıları Zemfira Adığözəlova və Samir Bayramlı idi. Jurnlalistləri təbrik etmək üçün gələn müğənnilər sırasında Sevda Yahyayeva, Niyam Səlami, reper Hüseyn Dərya və başqalarını görmək olardı.
Qeyd edək ki, Hamlet Cahangirovun təşkilatçılığı ilə keçirilən mərasimin biletlərindən yığılan vəsait Abşeron rayon 3 saylı Əlil və ağıldankəm uşaqlara sərf olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB