Röya şou-biznes jurnalistləri ilə barışdı - FOTOSESSİYA

Röya şou-biznes jurnalistləri ilə barışdı -  FOTOSESSİYA

Dünən paytaxt restoranlarının birində Azərbaycan Milli Mətbuatının yaranmasından 136-cı ilönümü ilə əlaqədar olaraq jurnalistlərin mükafatlandırılma mərasimi keçirilib. "Zümrüd M" prodüser mərkəzinin təsis etdiyi mükafatın təqdim olunması mərasimində Azərbaycanın tanınmış jurnalistləri mükafatlandılıb.

SİA-nın məlumatına görə, gecədə iştirak edən məşhurlar sırasında xalq artisti Flora Kərimova, müğənnilər Röya Ayxan və Bahar Lətifqızı var idi. Uzun zamandır media ilə küsülü olan Röya isə junalistlərə jest edib. Mərasimə təşrif buyuran müğənni media əhli ilə barışıb. Müğənni həmçinin "Mətbuatın dostu" makafatına da layiq görülüb.

Tədbirin davamında xalq artisti Flora Kərimova da səhnəyə təşrif buyurub. Gözəl mahnılarla jurnalistlər qarşısında çıxış edən xalq artisti bütün media əhlini təbrik edib.

"Fəxri jurnalist" nominasiyasının sahibləri arasında Şahin Cavadsoy, Ülkər Qasımova, Zülfiyyə Qurbanova, Fuad Mədətov, Türkan Məmmədli, Elşad Ümid, Ayəndə Dadaşova və başqaları var idi.

Qeyd edək ki, mərasimin təşkilatçısı "Zümrüd M" prodüser mərkəsinin rəhbəri Zümrüd xanım hər il media nümayəndələrinə diqqət göstərir.

Xatırladaq ki, Milli mətbuat gününü təməli 136 il bundan öncə, 1875-ci ilin məhz bu günündə qoyulub. Həsən bəy Zərdabinin "Əkinçi" qəzetinin yaratması elə milli mətbuatın başlanğıcı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə