Manana: “16-17 ilin müğənniləri var ki, yaddaşlarda güclə qalıblar”-AÇIQLAMA

Manana: “16-17 ilin müğənniləri var ki, yaddaşlarda güclə qalıblar”-AÇIQLAMA

Azərbaycanın əməkdar artisti Manana Çaparidze cəmiyyətdə və şou-biznesdə olan problemlərdən söz açdı. SİA-ya açıqlama verən müğənninin sözlərinə görə, ötən ilə nisbətən hazırda sözügedən sahədə dəyişiklik var: "Problemlər yalnız Azərbaycanda deyil, bütün Qafqazda var. Amma bu il keçən ilə nisbətən Azərbaycanda fərqliliklərin şahidi olduq. Belə ki, dövlət gənc ifaçılara dəstək oldu. Dövlətimiz daha çox çalışır ki, istedadlı insanları üzə çıxarsın. Bu, ancaq şou-biznes üçün deyil, bütün sahələr üçün nəzərdə tutulub. Çünki dövlət gözəl müğənniyə, istedadlı şəxsə dəstək olduğu halda, həmin şəxs də ölkəni xaricdə layiqincə təmsil etməyə qadir olur. Əlbəttə ki, sonda da onun uğuru, qalibiyyəti bütün ölkəni əhatə edir. Və çox yaxşı ki, işini bilən insanlar prosesə cəlb olunur.

Bakıya "Küləklər şəhəri", Gürcüstana isə "Günəşli ölkə" deyirlər. Mən isə düşünürəm ki, Azərbaycana Günəş çıxır, işığını hər tərəfə saçır. Azərbaycan da, Gürcüstan da mənim üçün eynidir. Həmişə deyirəm, Azərbaycansız yaşamaq mənim üçün heç nədir. Azərbaycan mənim qanımdadır. Amma ona görə yox ki, mən burada işləyirəm, yaşayıram. İnsan yerindən asılı olmayaraq harada yaşasa, orada da işləyəcək. Artıq 14 ildir ki, mən Azərbaycandayam. Bu, az müddət deyil. Keçmişə baxanda 16-17 ilin müğənniləri var ki, yaddaşlarda güclə qalıblar".


Müğənni Bakıya ilk səfərindən də danışdı: "İlk dəfə Bakıya gələndə 17 yaşım vardı. Həmin vaxtlar burada hər şey çox çətin idi. Üstəlik, mənim üçün həddindən artıq çətin idi. Həm dili başa düşmürdüm, həm də insanlarla qaynayıb-qarışa bilmirdim. Ətarfımızda da nə dostlarım, nə də qohumlar var idi. Ancaq anam və mən. Və ilk gəlişimin səbəbi 2 günlük qastrol idi. Bundan sonra Azərbaycana bağlandım. Azərbaycanı dünyanın müxtəlif festivallarında, müsabiqələrində təmsil etdim. Azərbaycana Qran-Pri mükafatlarıyla qayıdırdım.


Beləliklə, artıq 16 ildir ki, Bakıda yaşayıram. Yaşımın yarısı qədər Gürcüstanda yaşamışam, yarısı qədər isə də Azərbaycanda yaşayıram. Hər iki ölkə mənim üçün əzizdir, doğmadır. Kimsə deyə bilər ki, Manana Azərbaycanı nə vaxtsa tərk edəcək. Sizi inandırım ki, bu, heç vaxt olmayacaq! Əgər tərk etsəydim çoxdan getmiş olardım. Moskvada, Sankt-Peterburqda və başqa şəhərlərdə yaşayardım. Amma getmədim. Azərbaycandan, Gürcüstandan uzaq olmaq istəmədim".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com