Yay günlərinin isti keçməsinə baxmayaraq müğənni Sevda Yəhyayeva bəzi həmkarlarından fərqli olaraq işləyir. SİA-ya danışan müğənnin sözlərinə görə, o, heç dincəlmir: "Dincəlmirəm, işləyirəm. Belə ki, \"Tıq-tıq xanım\" cizgi filiminin mahnısını yeni oranjemanda ifa etmişəm. Mahnının sözləri Ramiz Rövşənə, musiqisi isə Ramiz Mirişliyə aiddir. Ümid edirəm ki, dinləyicilər mahnını ifamda bəyənərlər. Onu da bildirim ki, mahnını ilk dəfə Flora Kərimova ifa edib. Mahnı oxumaq üçün bəstəkar Ramiz Mirişlidən icazə almışam. Amma Flora xanıma hələlik heç nə deməmişəm, mahnı tam hazır olandan sonra onunla məsləhətləşəcəyəm. İstədim ki, maraqlı olsun. Mahnının aranjemanı tam hazır olandan sonra Flora xanıma göstərəcəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB