Günel Ələkbərova yenidən Türkiyəyə gedir

Günel Ələkbərova yenidən Türkiyəyə gedir

Azərbaycan müğənniləri Cəlal Abbasov, Nurlan Əzizbəyli və Gunel Ələkbərova avqustda Türkiyənin Van şəhərində keçiriləcək ənənəvi illik festivala dəvət alıblar. Bu xəbəri SİA-ya Nurlan Əzizbəyli bildirib.

Xatırladaq ki, adıçəkilən ifaçılar bu günlərdə Türkiyədə keçirilmiş 38-ci Beynəlxalq Silifke Mədəniyyət Həftəsində iştirak ediblər. Orada C.Abbasov qalib olub, N.Əzizbəyli ilə G.Ələkbərova isə fəxri diplomla təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə