Zöhrə Abdullayeva qərarından dönməyəcək

Zöhrə Abdullayeva qərarından dönməyəcək

Səhnəni tərk edən Zöhrə Abdullayeva qərarından dönməyəcəyini açıqlayıb. Müğənninin SİA-ya verdiyi məlumata görə, onu səhnədə saxlaya biləcək maraq qalmayıb. Son illər səhnə ilə vidalaşmaq qərarına gəldiyini deyən sənətçi bu addımı atıb. Amma özü səhnədə olmasa da, dəst-xəttinin uzun zaman yaşayacağını deyib: "Mən hər addımı yüz ölçüb-biçən adamam. Ona görə də geriyə boylananda məni üzən elə bir hadisənin olduğunu xatırlamıram. İnanıram ki, həvəsi olan gənclər sənətdə yarada bildiyim \"Zöhrə Abdullayevanın sənət yolu\"ndan bəhrələnə biləcəklər\".


Sənətçi əlavə edir ki, hazırda Qızıl Fondda onun bir neçə səs yazıları qorunmaqdadır. Muğam və bəstəkar mahnılarını özünəməxsus tərzdə ifa edən sənətçi onları oxuyarkən gələcək nəslin zövqünü də nəzərə aldığını bildirib: "İnanıram ki, həmin səs yazıları yetişməkdə olan ifaçılara kömək edəcək. Bu məni daha da sevindirəcək. Onlara tövsiyələrimi verməyə də hər zaman hazıram. Bundan sonra kənardan onları izləyib, qiymət verəcəyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB