İradə İbrahimovadan keçmişə səyahət - FOTO

Analıq məzuniyyətini başa vurub yaradıcılığında bir sıra yeniliklər düşünən müğənni İradə İbrahimova bu tempi yeni mahnılar yazdırmaqla artırıb. Bunun ardınca müğənni yeni sinqlını planları sırasına daxil edəcək. Bu barədə SİA-ya müğənnin mətbuat katibi Zəminə Rüstəmova məlumat verib.

Xatırladaq ki, müğənni buna qədər yeni disk üzərində çalışırdı. Disk üçün müğənninin maraqlı obrazda fotossesiyası hazırlanmışdı. Fotoqraf Gulya Xalıqovanın stilist Səma ilə ərsəyə gətirdiyi fotossesiyada müğənni klassik qadın obrazına uyğunluşdırılıb. Amma dünyaya övlad gətirəndən sonra bu iş ləngidi. Diskin hazırlıqları yubandı və müğənni dünya standartları ilə ayaqlaşaraq hələlik qərarını sinql üçun verdi. Onun maraqlı fotossesiyasını publika üçün təqdim edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...