Hansı Azərbaycan müğənnisi ana olacaq?

Hansı Azərbaycan müğənnisi ana olacaq?

Uzun zamandır mediadan uzaq gəzən azərbaycanlı müğənni Aynur Dadaşovanın hamilə olduğu deyilir. Müğənninin yaxın ətrafından SİA-ya sızan məlumata görə, bir qız və bir oğul anası olan Aynur Dadaşova üçüncü dəfə ana olmağa hazırlaşır.

Məlumatı təsdiq etmək üçün müğənni ilə əlaqə saxladıq. Uzun müddət telefonlarımıza cavab verməyən müğənni sonda bu barədə danışmaq istəmədiyini bildirdi: "Heç vaxt şəxsi həyatım haqqında danışmaq istəməmişəm. Bu, o demək deyil ki, şəxsi həyatımda gizlətməli nə isə var. Sadəcə, mən şəxsi həyatımla gündəmə gəlmək istəmirəm. Övladlarımdan reklam kimi istifadə etməyi isə ümumuiyyətlə sevmirəm".


Bütün xəbərlər Facebook səhifəmizdə