Oksana Rəsulovanın biabırçılıqlarla dolu mətbuat konfransı: “Mən narkoman deyiləm”
Tanınmış rəqqasə Oksana Rəsulova onun haqqında material hazırlayan ANS telekanalını və bir müxbiri məhkəməyə verəcək. SİA-nın məlumatına görə, rəqqasə bu açıqlamanı bu gün keçirilən mətbuat konfransında verib.
Jurnalistlərin bir araya toplandığı mətbuat konfransı qalmaqalla başlayıb. Məhkəməyə verməsinin səbəbi həmin məlumatın birtərəfli hazırlandığıdır. Məhz bu məsələni əsas gətirərək Oksana məhkəməyə müraciətində həmin məlumatların müəllifinin məsuliyyətə cəlb olunmasını da tələb edəcək.
Rəqqasə bildirib ki, ANS telekanalının "Xəbərçi" verilişində onunla bağlı süjet hazırlanıb və orada Elşad Xosenin narkotik vasitə istifadəçisi olduğu bildirilib. Həmçinin Oksananın da Elşadla birgə narkotikdən istifadə etdiyi qeyd edilib.
Mətbuat konfransında iştirak edən Elşad Xose isə ANS rəhbərliyinə qarşı təhqiredici ifadələr işlədib.
Rəqqasə özünü sübut etmək üçün bir neçə xanım jurnalistlə birgə hamam otağına daxil olub və narkotikin 5 növünə qarşı sidik testi keçirib. Jurnalistlərin gözü qarşısında baş verən yoxlamanın nəticəsi rəqqasə üçün müsbət qiymətləndirilib. Belə ki, onda heç bir narkotik vasitə aşkar olunmayıb.
Konfransa Oksana ilə birgə Elşad da jurnalistlərin hədəfinə tuş gəldi. Yerli mətbuat ona "kayfdasan" deyən zaman Elşad lap özündən çıxdı. Əsəbdən əl-ayağı əsən reper bu sözü deyən jurnalistləri də təhqir etdi.
Konfransa heç kim biri-birini dinləmirdi. Sinirlərini cilovlamağa çalışan rəqqasə hər vasitə ilə jurnalistlə sakit davranmağa çalışsa da, mətbuat onu günahkar çıxarmağa davam edirdi.
Haqay adlı keçmiş həyat yoldaşının yalanlarla dolu ifadələr verdiyi bəyan edən Oksana jurnalistlərə belə arqument gətirib: "Mən Rəsulova Oksana Eyvaz qızı təxminən 5 il öncə, dəqiq desək, 2007-ci ildə Avenilov Haqayla Moskvada tanış olmuşuq. Üç il dostluq münasibətindən sonra o, mənə evlilik təklif etdi. Amma mən həmin ərəfələrdə Azərbaycanı beynəlxalq müsabiqələrdə təmsil edirdim. İşlərimlə əlaqədar Azərbaycana dəvət almışdım. O zaman Haqayın evlilik təklifini rədd edib, Azərbaycana gəldim. Ancaq o fikrindən dönmədi. Sonda ona bəslədiyim hörmətə görə təklifini qəbul etdim. Bu isə mənim ən böyük səhvim oldu. Zaman keçdikcə onun mənə olan diqqətinin itdiyini başa düşdüm. Mən Azərbaycanda, o isə Rusiyada idi. Biz bir-birimizdən xəbərsiz idik. Bu isə onu heç də narahat etmirdi. Vaxt keçdikcə o, gözümdən bir az düşdü. Heç bir yaxşı kişi istəməz ki, onun keçmiş və ya gələcək həyat yoldaşı barədə bu cür açıqlamalar verilsin. Mənə "zontik" yox, kişi lazımdır. Mən isə ona sadəcə ətrafda, dost-tanış arasında kişiliyini sübut etmək və Amerikaya yollanmaq üçün lazım idi. Çünki evli olmayan şəxsə sənəd vermirdilər. Mən bunları çox gec anladım. O, özünə lazım olduğu üçün məndən boşanmırdı. Ancaq rəsmi olaraq 2 ay öncə boşanmaqla əlaqədar məhkəməyə müraciət etmişəm. Ondan mənə kişiliyini sübut edən nə uşaq, nə ev nə də var-dövlət qalıb. Odur ki, məhkəmədə bölüşəcək heç nəyim yoxdur. İndi o, məndən acıq çıxır. Özü demişdi ki, məni məhv etmək istəyir".
Xatırladaq ki, reper Elşad Xose ilə evlənmə ərəfəsində anspress.com Oksananın keçmiş həyat yoldaşından müsahibə yayıb. Həmin müsahibədə rəqqasənin keçmiş əri Haqay Yemmuyeviç Avenilov Oksananın onun qanuni arvadı olduğunu, boşanmadıqlarını bildirib. Bununla yanaşı Haqay qeyd edib ki, Oksana ruhi xəstədir və o, müalicə alıb. Oksana isə epilepsiya xəstəliyindən əziyyət çəkdiyini dilə gətirdi.
Qalmaqalın sonunun nə ilə nəticələnəcəyi hələ ki, məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB