Azərbaycanın tanınmış müğənnisi Almaz Ələsgərovanın uzun fasilədən sonra yaradıcılığında yenilik var. SİA-ya açıqlama verən müğənninin sözlərinə görə, o, yeni klip çəkdirir: \"Nəhayət, qərara gəldim ki, daha bəsdir dincəldiyim, yaradıcılıqla məşğul olmalıyam. İndi mən musiqisi Aygün Səmədzadə, sözləri Kənan M.M.-ə aid olan \"Gedirəm\" mahnısına klip çəkdirirəm. Mənə elə gəlir ki, klipin süjetini elə mahnını yazan adam daha yaxşı təsəvvür edə bilər. Buna görə də bu işi Kənana həvalə etmişəm".
Qeyd edək ki, yeni işini rejissor Kənana həvalə edən Almaz xanımın klipini elə Kənanın həmkarı Aqil M. Quliyev çəkiləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB