Azərbaycanın tanınmış reperi Anara Nağılbaz "şeytanın ayağını qırdı". Uzun illərdir solo konsert verməyən reper nəhayət qərarını dəyişdi. SİA-ya açıqlama verən Anarın sözlərinə görə, o, 17 iyul saat 21:00-da Nabranda Palma İstirahət mərkəzində konsert proqramı ilə çıxış edəcək: "Artıq illərdir ki, konsert vermirdim. İndi isə səbirsizliklə hər kəsi konsertimdə gözləyirəm".
Reperlə birgə səhnəni onun həmkarları Oqtay Nəbz və "Qarabasma" qrupu bölüşdürəcək.
Qeyd edək ki, tədbir səhərə kimi diskoteka ilə davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB