Azərbaycanın tanınmış şou-biznes jurnalisti Türkiyədə mükafatlandırıldı - FOTO

Azərbaycanın tanınmış şou-biznes jurnalisti Türkiyədə mükafatlandırıldı - FOTO

Məlum olduğu kimi, iyulun 1-dən 7-dək Türkiyənin Mersin şəhərinin Silifke rayonunda TÜRKSOY-un və yerli bələdiyyənin təşkilatçılığı ilə türkdilli dövlətlərin 38-ci Beynəlxalq Silifke Mədəniyyət Həftəsi keçirilmişdi. Bu mötəbər musiqi bayramını işıqlandırmaqdan ötrü TrendLife.az Beynəlxalq İnformasiya Agentliyinin müxbiri Şahin Cavadsoy Silifkeyə ezam olunmuşdu.

Festival çərçivəsində ən maraqlı məqamlar haqqında reportajlarını oxuculara təqdim edən jurnalistin zəhməti yerdə qalmadı. Belə ki, TÜRKSOY-un fəxri diplomu ilə mükafatlandırılan Cavadsoya TÜRKSOY-un \"Təşəkkürnamə\"sini qurumun sədri Düsen Kaseinov şəxsən özü təqdim etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə