Azərbaycanın xalq artisti Faiq Ağayevlə bəstəkar Xanım İsmayılqızını yaradıcılıqdan əlavə biri-birinə yaxın dostluq münasibətləri bağlayır. Mərasimlərin birində birlikdə görünən məşhurlar SİA-ya elə bu mövzuda danışıblar.
Bəstəkarı görən müğənni onun yeni görkəmini bəyəndiyini gizlədə bilməyib: "Xanım İsmayılqızının özünü də, sənətini də çox sevirəm. Anamın ən sevimli insanlardan biri də məhz Xanımdır. Mənim sənət yollarımda böyük əhəmiyyət kəsb edən şəxslərdəndir".
Evlənmək fikrinə düşən xalq artisti bəstəkardan bunu tələb edib: "Mən Xanım İsmayılqızıdan xahiş edirəm ki, o çadrasını başına atıb, getsin mənə qız axtarmağa".(gülür)
Faiq Ağayevin bu jestini cavabsız qoymayan bəstəkar isə öz razılığını bildirib: "Bəli, mən bu missiyanı öz üzərimə götürürəm. Bir böyük bacı kimi Faiqi evləndirə bilərəm. Onun xanımını seçmək mənim üçün xoşdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB