Rəqqasə Fatimə: \"Mənim rəqs sahəsində ali təhsilim var\"-AÇIQLAMA
Xalq artisti Təranə Muradovanın bu günlərdə saytların birinə verdiyi açıqlama diqqət çəkib. Peşəkar rəqqasə profesional rəqqaslarla bağlı maraqlı açıqlamalar verib. T. Muradova eyni zamanda müasir rəqqaslarımızla bağlı da fikir söyləyib. Muradova bu günün gənc rəqqasları barədə danışarkən rəqqasə Fatimə ilə bağlı da fikir bildirib. Onun sözlərinə görə, Fatimə xoreorafik təhsilə malik olmadığı üçün onu tam professional hesab etmir.
Yeri gəlmişkən Təranə xanım açıqlamasında rəqqasə Məryəm Sülyemanovanı peşəkar hesab etdiyini bildirib. Bir məqamı diqqətə çatdırmaq lazımdır ki, bir neçə il öncə Təranə Muradova Məryəm Sülyemanovanı peşəkar rəqqasə kimi qəbul etmirdi, hətta onlar arasında ciddi intriqalar yaşanmışdı. Muradovanın fikrinin dəyişməsinin səbəbini bilməsək də hər halda bir neçə il əvvəl Məryəm Süleymanovanın qeyri- pəşəkar rəqqasə olduğunu iddia edirdi.
Fatimənin xoreoqrafik təhsil alıb almamağına gəlincə isə araşdırma apardıq. Əldə etdiyimiz dəqiq məlumatdan onu öyrəndik ki, Fatimə Fətəliyeva Azərbaycan İncəsənət Universitetinin xoreoqrafiya fakultəsinin məzunudur. Yəni Fatimə diplomlu rəqqasədir.
Rəqqasənin özünə gəlincə isə onunla əlaqə saxladıq. Münasibətini öyrənməyə çalışdıq. Hərçənd qalmaqallardan hər zaman qaçan göyçək Fatimə bu dəfə susmamağa üstünlük verdi. SİA-ya açıqlamasında Fatimə Fətəliyeva bu sözləri dedi: "Mən Təranə xanıma hər zaman hörmətlə yanaşmışam. Çünki o peşəkar rəqqasədir. Ola bilər Təranə xanım mənim İncəsənət Universitetində 4 il təhsil aldığımdan xəbərsizdir. Mən heç vaxt qalmaqallara üstünlük verməmişəm. Ona görə də çox vaxt susmuşam. Ancaq düşünürəm ki, bəzən susmaq mənim rəqqasə olaraq imicimə xələl gətirir. Mən 15 ildən artıqdır ki, professional səhnədəyəm. Heç vaxt da özümü öyməmişəm. Qaldı mənim bu gün rəqqasə olaraq peşəkarlığım göz qabağındadır. Bir daha xatırladıram ki, mən peşəkar xoreoqraflardan dərs almışam, bu sənəti peşəkar formada davam etmək üçün ali təhsil almışam. Ona görə də barəmdə danışanlar bir qədər diqqətli olsunlar. Məni sənətə həvəskar kimi gələnlərlə müqayisə etməsinlər. Bu ən azı haqsızlıqdır. Çünki mən peşəkar rəqqasəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB