Bəzi insanlar özgəsinin, ağıllı insanlar öz səhvlərindən nəticə çıxarır. Amma axmaq insanlar isə eyni səhvləri təkrarlayırlar. Bəs, görəsən yerli müğənnilərimiz müdrikdirlər, ağııllıdırlar, yoxsa...?
Bax, elə bu sualla Azərbaycanın tanınmış rejissoru Kənan MM cavab verdi. SİA-ya açıqlama verən Kənanın sözlərinə görə, müğənnilər ağıllıdır: "Əslində onlar ağıllıdırlar. Müdrik olsaydılar, elə əvvəlcədən səhvlərə yol verməzdilər. Bəlkə də, onların hazırda bu cür olmaları səhvlərinin bəhrəsidir. Axmaq insan isə... axmağı onlarla müqayisə etmək istəməzdim. Çünki əlaqəsi yoxdur. Ağıllı və müdrik. Bu iki termini onlara uyğun bilirəm. Əgər, müdrik olsaydılar, hər alboma klip çəkdirərdilər. Amma bu o demək deyil ki, mən onlardan nə isə umuram. Sənət elə bir şeydir ki, onun zirvəsi yoxdur. Qazdıqca, getdikcə sonu olmur. Sonsuzdur! Səhv etmirəmsə, Hollivud rejissorlarından ya Stiven Spilberq, ya da ki Ceyms Kameron deyib: "Mən o vaxt gözəl rejissor ola bilərəm ki, avtomat telefon qutusunda film çəkim!" Amma müğənnilərimiz isə deyirlər ki, 2-3 mahnım var. Olsun! Hər bir mahnı müvəqqətidir. Hit yoxdur! Çünki indi Üzeyir bəy Hacıbəyov, Şövkət xanım Ələkbərova və başqa dahilərimiz yoxdur. Bu gün 3 notla mahnı yazanlarımız çoxdur".
Kənan sənətdə olan bəzi problemlərdən də söz açdı: "Belə bir dərdli yerimiz var: ümumiyyətlə, ifaçı mahnını ən azı bir ay, yaxud 15 gün ərzində hazırlayır. Amma mahnının müəllifinin adını çəkəndə söz-musiqi və aranjeman filankəs deyirlər. Filankəslər də yadda qaldı. Ardınca yeni mahnı gəlir: söz-musiqi, aranjeman eyni adamlar. Məhsul bir-birinə oxşayır. Üstəlik, klip çəkdirəndə də deyir ki, mənim klipim filankəsin klipinə oxşasın da... Oxşasın nədir?! (gərgin halda) Niyə oxşasın?! Artıq həmin vəziyyət çəkildi, getdi. Biz neçə illər Rusiyanın təsiri altında yaşadığımızdan, yeniliyə uyğunlaşa bilməmişik. Məsələn, SSRİ-nin vaxtında Bakıdan Moskvaya gedən konfet, orada kağıza bükülürdü. Sonra isə eyni konfet Bakıya geri qayıdırdı. Biz də konfeti yeyib, kağızı tullayardıq. Amma adı vardı: "Moskovskiy konfet". Əslində isə Bakı konfeti idi. Hazırda da türklərə, ruslara oxşamağa can atırlar. Bənzəmək yaxşı şeydir. Amma gərək bənzədiyindən daha yaxşı olasan ki, seçiləsən".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB