Nardaranda “Sea Breeze Resort” butik oteli açılıb- FOTOSESSİYA
İyulun 9-da tanınmış iş adamı Araz Ağalarovun Nardarandakı "Sea Breeze Resort" butik otelinin təntənəli açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimin Rusiyada yaşayan azərbaycanlı müğənni Emin Ağalarovun təşkil etdiyi konsert proqramı ilə yadda qalıb.
Mərasimdə 4 ildir Azərbycanı mötəbər mahnı yarışması "Eurovision"da təmsil edən iştirakçılar Eminlə eyni səhnəni bölüşdülər.
Şoumen Murad Dadaşovun aparıcılıq etdiyi mərasimdə ilk olaraq səhnəyə "Eurovision-2008" mahnı müsabiqəsində Azərbaycan təmsil etmiş Elnur Hüseynov və Samir Cavadzadə çıxıbləar, onlar "Day after day" mahnısını ifa ediblər. Elnur və Samirin çıxışı əvvəlcədən nəzərdə tutulmadığından onların ifası sürpriz kimi qarşılanıb. Daha sonra 2010-cu ildə Azərbaycanı sözügedən müsabiqədə təmsil edən Səfurə Əlizadə rəqs qrupunun müşayiəti ilə "Drip drop" və digər iki mahnısını ifa edib.
Müsabiqədə Azərbaycana üçüncülük gətirən Aysel Teymurzadə səhnəyə də üçüncü çıxıb. Aysel "Always"lə yanaşı, "Falling" və bu yayın hiti olan "Tonight"ı ifa edib. Aysel tədbirdə iştirakından məmnunluq duyduğunu bildirib, otelin açılışı münasibətilə hamını təbrik edib.
"Eurovision" müsabiqəsində Azərbaycana qələbə sevinci yaşadan Eldar Qasımov və Nigar Camal isə mərasimdə bütün Avropada dillər əzbərinə çevrilmiş "Running Scared" mahnısını ifa ediblər. Hər bir "Eurovision" təmsilçimizin ifası zamanı müsabiqədə istifadə olunmuş səhnə effektləri nümayiş etdirilib.
Sonuncu ifaçı olaraq isə səhnəyə Rusiyada yaşayan azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov çıxıb. Emin səhnədə öz musiqiçiləri və bek-vokalçıları ilə çıxış edib. Emin həyatında ən önəmli insan kimi atasının adını çəkib, Araz Ağalarova sonsuz hörmət bəslədiyini deyib. Həyatında növbəti önəmli şəxs kimi isə o, dahi sənətkar Müslüm Maqomayevin adını çəkib, ifa etdiyi "My way" mahnısını ustadına həsr edib. Emin Ağalarov "Eurovision" iştirakçılarına da təşəkkür bildirib, Eldar və Nigarı qələbə münasibəti ilə bir daha təbrik edib: "Bu müsabiqədə Azərbaycan hər zaman seçilib. Bu gün siz bu səhnədə onların hər birini izlədiniz. Qalibiyyət isə möhtəşəm idi. Eldar və Nigara bu sevinci bizə yaşatdıqlarına görə bir daha təşəkkür edirəm. Ən sevindirici hal odur ki, Azərbaycan gələn il bu müsabiqəyə ev sahibliyi edəcək. Hər şeyin möhtəşəm olacağına əminəm. Çünki Azərbaycan möhtəşəm diyardır".
Emin Ağalarov konsertdə daha bir neçə mahnı ifa edib.
Bir saata yaxın səhnədə olan Emin çıxışının sonunda yenə də Müslüm Maqomayevi xatırlayıb. O, konsertə sənətkarın ifasında "Ey əziz anam Azərbaycan" mahnısı ilə yekun vurub. Müslüm Maqomayevin ifası altında isə otelin açılışı münasibətilə möhtəşəm atəşfəşanlıq olub.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
Sizin reklam yeriniz

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



