“Bizim elə “bəstəkarlarımız” var ki, xarici mahnıları oğurlayır, dilini dəyişib öz mahnısı kimi təqdim edir”-AÇIQLAMA
Azərbyacanlı bəstəkar Aygün Səmədzadə musiqidə olan plagiatlıqdan söz açdı. SİA-ya açıqlama verən bəstəkar məsələyə özünəməxsus şəkildə yanaşdı: "Plagiatlıq var. Hamıya məlumdur ki, mənim bir neçə mahnım ermənilər tərəfindən oğurlanıb. Bu ağır bir şeydir. Bizim mahnılar başqa millətlər tərəfindən oxunur, dəyişilir. Amma bu da faktdır ki, özümüz də özümüzdən oğurlayırıq. Məsələn "Tut ağacım" "Bu dünyanı nağıl bilək"i yazandan sonra mənim mahnılarıma oxşar neçə - neçə mahnılar çıxmağa başladı. Mən əslində, bunlara mahnı deyil, parodiya deyərdim. Çünki özünə hörmət edən, özünü yaradıcı sayan insan heç bir vaxt başqasının musiqisinin özündə təkrarlanmasına yol verməz. Çünki yaradıcılığın ilk şərti bənzərsizlik, özünə məxsusluq və üslub orjinallığı olmalıdır. Beləliklə də baxırsan ki, beş mahnıdan üçü bir-birinə oxşayır.
Bir şey də var. Azərbaycanlı kimi bunu həm deməliyik, həm də deməməliyik. Bizim elə "bəstəkarlarımız" var ki, xarici mahnıları oğurlayır, dilini dəyişib öz mahnısı kimi təqdim edir. Bu da plagiatdır. Rus, özbək, yəhudi mahnısını götürüb Azərbaycan dilində oxuyub öz adlarına çıxırlar və bunu da bəh-bəhlə bütün kanallar verir, populyarlaşdırılır. Mədəniyyəti qorumaq təkcə "mənimdir" deyib ona yiyə çıxmaq deyil, eyni zamanda onu xarici müdaxilələrdən də mühafizə etmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB