Zöhrə Abdullayeva: “ciy-ha-ciy” səsləri əsəblərimizi pozur”- AÇIQLAMA

Zöhrə Abdullayeva: “ciy-ha-ciy” səsləri əsəblərimizi pozur”- AÇIQLAMA

İllərin müğənnisi Zöhrə Abdullayeva pərəstiş etdiyi müğənninin adını açıqladı. SİA-ya danışan Zöhrə xanım gənclərin sevimlisi olan Röyanın adını çəkdi: "Röyanı bəyənirəm. Onun balaca məxməri səsi var. Bax, onun o cür səsi insana tez dəyir. Bizim bəzi müğənnilərimizin səsi uzundur. Uzadırlar, "ciy-ha-ciy", səsləri dəyir adamın beyninə və əsəblərimiz pozulur".

Zöhrə xanımdan o müğənnilərin kim olduğunu soruşan zaman belə cavab verdi: "Kimliklərini deyə bilmərəm. Çünki adları yadımda qalmır. Amma qulaq asıram, dinləyirəm, eşidirəm adlarını, səsləri səhnəyə yaraşmır. Səs, qəlbə yatıb, ruhu oxşamalıdır. Müğənni axı ruhdan güclüdür. Allaha yaxın 3 şəxs var - rəssamlar, şair və müğənnilər, ancaq söhbət əsl sənətkardan gedirsə. Dünyanın əşrəfi insandır. Amma adamlar mühit şəraitində "braklaşırlar", saxtalaşırlar. Pullanırlar, insanlıqdan uzaqlaşırlar. Çox pulluluq da pis şeydir, kasıbçılıq da insanı çox dəyişir. Elə adam stabil orta vəziyyətdə qalsa yaxşıdır. Məsələn, mən toya gedəndə deyirəm gücün nəyə çatır onu da ver. Amma elə müğənnilər var ki, 8, 10, 12, 15 min pul istəyirlər, hətta oxuya bilməsələr də. Ancaq biz eyni səviyyədə yaşayırıq. Mənim də yeni tikilən evlərdən varımdır, onun da. Onun da bağı var, mənim də. Mənim də maşınlarım var, onun da. Əsası odur ki, mən onlarla ayaqlaşa bilirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə